...

Sülhməramlılar funksiyalarını yerinə yetirdikdən sonra Qazaxıstandan çıxarılacaq - Putin

Dünya xəbərləri Materials 10 Yanvar 2022 12:25 (UTC +04:00)
Sülhməramlılar funksiyalarını yerinə yetirdikdən sonra Qazaxıstandan çıxarılacaq - Putin

Bakı. Trend:

Öz funksiyalarını yerin yetirdikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstandan çıxarılacaq.

Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin KTMT-nin iclasında deyib.

O vurğulayıb ki, sülhməramlı kontingent məhdud müddət ərzində Qazaxıstanda qalacaq.

""Qazaxıstanda vəziyyət tədricən normallaşır, bir sıra vacib obyektlər silahlılardan təmizlənib. Əminəm ki, birgə səylər sayəsində bütün Qazaxıstan ərazisində vəziyyət sabitləşəcək", - deyə V.Putin bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti