...

Filippin sahillərində 5,1 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 30 Yanvar 2022 06:54 (UTC +04:00)
Filippin sahillərində 5,1 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Bazar günü Filippinin ən böyük adası olan Luzon adasının qərb sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Honq Konq Rəsədxanasının seysmoloji şəbəkəsi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Baqio şəhərindən 270 km cənub-qərbdə, Cənubi Çin dənizinin akvatoriyasında olub.

Zəlzələ ocağının dərinliyi haqqında, həmçinin tələfat və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti