...

Rusiyada "Konvasel" peyvəndinin yaşlı insanlar üzərində sınaqlarının vaxtı açıqlanıb

Dünya xəbərləri Materials 8 May 2022 08:49 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Federal Tibbi və Bioloji Agentliyi (FTBA) 2022-ci ildə 60 yaşdan yuxarı insanlarda koronavirus peyvəndini sınaqdan keçirməyi nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə Agentliyin rəhbəri Veronika Skvortsova bildirib.

"Bu cür tədqiqatların aparılması təcrübəsini, preklinik və klinik tədqiqatların uğurlu nəticələrini nəzərə alaraq, Rusiya FTBA 2022-ci ildə 60 yaşdan yuxarı insanlarda "Konvasel" vaksininin klinik sınaqlarının keçirilməsi imkanını nəzərdən keçirir", - deyə Agentlik rəhbəri bildirib.

"Konvasel" koronavirusa qarşı peyvəndi Rusiyanın Federal Tibbi və Bioloji Agentliyinin Sankt-Peterburq Vaksinlər və Serumlar Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanıb və martın 18-də Rusiya Federasiyasının Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti