...

Türkiyə yerli istehsal olan HHM sistemi üzərində işləri davam etdirir

Dünya xəbərləri Materials 12 May 2022 00:10 (UTC +04:00)
Türkiyə yerli istehsal olan HHM sistemi üzərində işləri davam etdirir

Bakı. Trend:

Yaxın vaxtlarda Türkiyənin milli hava hücumundan müdafiə (HHM) sistemi olan “SİPER”in yeni sınaqları keçiriləcək.

Trend xəbər verir ki, bu barədə NTV telekanalına müsahibəsində Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

Onun sözlərinə görə, Türkiyə, həmçinin, 2023-cü ildə yerli istehsal olan "Hurjet" döyüş təyyarəsinin ilk uçuşunu reallaşdıracaq.

Qeyd edək ki, Türkiyə müdafiə sənayesinin istehsalı olan "SİPER" Rusiyanın "S-400" və ABŞ-ın "Patriot" HHM sistemlərinin alternativi olacaq. Sistemin 2023-cü ildə ordunun silahlanmasına daxil olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti