...

ABŞ hərbçilərini Somaliyə qaytarır

Dünya xəbərləri Materials 17 May 2022 10:41 (UTC +04:00)
ABŞ hərbçilərini Somaliyə qaytarır

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden ordunun Somalidəki mövcudluğunu bərpa etmək qərarına gəlib.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi bildirib.

"Prezident Bayden ABŞ Müdafiə Nazirliyinin qüvvələri Şərqi Afrikaya qaytarmaq tələbini təsdiqləyib", - rəsmi bildirib.

Mənbənin sözlərinə görə, Somaliyə 500 nəfərdən az hərbçi göndəriləcək. Onlar bölgənin digər ölkələrindən Somaliyə yönəldiləcəklər.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci ildə demək olar ki, bütün ABŞ qoşunlarının - təxminən 700 hərbçinin 2021-ci ilin əvvəlinə qədər Somalidən çıxarılması barədə qərar qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti