...

ABŞ koronavirusa qarşı "Pfizer" peyvəndini 5 yaşa qədər uşaqlar üçün təhlükəsiz hesab edib

Dünya xəbərləri Materials 13 İyun 2022 08:12 (UTC +04:00)
ABŞ koronavirusa qarşı "Pfizer" peyvəndini 5 yaşa qədər uşaqlar üçün təhlükəsiz hesab edib

Bakı. Trend:

ABŞ Qida və Dərmanların keyfiyyətinə nəzarət üzrə İdarəsi (FDA) "Pfizer" şirkətinin koronavirus peyvəndini beş yaşından kiçik uşaqlarda istifadə edildikdə effektiv və təhlükəsiz hesab etdiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, FDA keçən həftə "Moderna" peyvəndinin beş yaşından kiçik uşaqlarda istifadəsi ilə bağlı analoji qərar qəbul etmişdir.

Uşaqların vaksinasiyası üçün peyvəndin azaldılmış dozası istifadə olunur.

İyunun 15-də beş yaşınadək uşaqların ABŞ-da peyvənd edilməsi ilə bağlı yekun qərarı verəcək müstəqil ekspertlərin iclası baş tutacaq.

Bu, hazırda ölkədə COVID-19-a qarşı vaksinasiyanın təsdiqlənmədiyi yeganə yaş qrupudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti