...

Nigeriyada silahlıların hücumu nəticəsində 30 əsgər həlak olub

Dünya xəbərləri Materials 3 İyul 2022 07:48 (UTC +04:00)

Bakı. Trend:

Niger ştatının Şiroro rayonunda "Boko Haram" silahlılarının şaxtaya hücumu zamanı azı 30 Nigeriya əsgəri həlak olub.

Trend-in məlumatına görə, bu barədə "U.S.News" xəbər verib.

Məlumata əsasən, əsgərlər bir neçə gün əvvəl terrorçular tərəfindən qaçırılan mədənçilərin axtarışı üçün əməliyyat aparırdılar. Silahlılar pusqu quraraq üç yük maşını ilə gedən hərbçilərə hücum ediblər.

Şaxtaya pusqu qurmazdan əvvəl onlar binanı mühafizə edən 7 polisi öldürüblər. Bundan əlavə, səkkiz mülki şəxs güllələnib, çinli işçilər isə qaçırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti