Bakı. Trend:
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar britaniyalı həmkarı Ben Uollesin dəvəti ilə Londona rəsmi səfərə gedib.
Trend-in məlumatına görə, qarşıdakı danışıqlar zamanı tərəflər ikitərəfli və regional təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırırlar.
Nazirlər, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparacaqlar.