...

ABŞ prezidenti tornado səbəbindən Missisipidə fövqəladə vəziyyət elan etdi

Dünya xəbərləri Materials 26 Mart 2023 18:17 (UTC +04:00)
ABŞ prezidenti tornado səbəbindən Missisipidə fövqəladə vəziyyət elan etdi

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Missisipi ştatında baş verən tornado ilə əlaqədar ştatda fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Məlumata əsasən, ABŞ prezidenti yerli hakimiyyət orqanlarına federal yardım göstərməyi əmr etdi.

C.Baydenin sərəncamı ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin Missisipi hakimiyyətinə yardım göstərilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti