...

Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq

Dünya xəbərləri Materials 3 Aprel 2023 15:16 (UTC +04:00)
Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq.

Trend-in məlumatına görə, bu barədə bu gün NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O qeyd edib ki, Finlandiya sabah alyansa 31-ci üzv kimi qoşulacaq. Ölkənin bayrağı NATO-nun mənzil-qərargahında dalğalanacaq.

Qeyd edək ki, aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.

Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokol 2022-ci il iyulun 5-də Brüsseldə imzalanıb.

Finlandiya bundan əvvəl NATO üzvü olan 29 ölkədən təsdiq almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti