...

Ərdoğan Qazaxıstan fövqəladə hallar nazirinin 1-ci müavinini mükafatlandırıb

Dünya xəbərləri Materials 26 Aprel 2023 16:50 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş əyalətlərdə xilasetmə işlərində iştirak edən 80-dən çox ölkənin axtarış-xilasetmə qruplarını mükafatlandırıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Türkiyə Prezidenti tərəfindən Qazaxıstan fövqəladə hallar nazirinin 1-ci müavini İbrahim Kulşimbayev də medalla təltif edilib.

Qeyd edək ki, Qazaxıstan xilasediciləri Türkiyənin zəlzələ bölgələrində dağıntılar altından 7 nəfəri sağ çıxarıblar. Dağıntılar altından 10-u uşaq olmaqla 88 cəsəd tapılıb. Xilasedicilər 250 min kubmetrdən çox dağıntını böyük ölçüdə aradan qaldırıblar.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələdə ölənlərin sayı 50 min 783-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti