...

Trampın kitabı "ən çox satılanlar" siyahısına daxil oldu

Dünya xəbərləri Materials 26 Aprel 2023 20:53 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın sabiq prezidenti Donald Tramp bu dəfə müəllifi olduğu kitabla gündəmə gəlib.

Trend xəbər verir ki, D.Trampın dünya liderləri və məşhur simalarla yazışmalarının yer aldığı “Trampa məktublar” adlı kitabı ölkəsində "bestseller" siyahısına düşüb.

Kitab onlayn alış-veriş platforması "Amazon"da hazırda "ən çox satılanlar" sırasındadır.

99 dollara satışa çıxarılan kitabda dünya liderləri, məşhurlar, idmançılar və iş adamları tərəfindən Trampa göndərilən əlyazma məktublar yer alıb.

320 səhifəlik kitaba məktubları daxil olanlar arasında mərhum Böyük Britaniya Kraliçası II Elizabet, kral III Çarlz, şahzadə Diana, Rusiya prezidenti Vladimir Putin və əfsanəvi pop-ulduz Maykl Cekson da var.

Bildirilir ki, Tramp kral III Çarlzdan məktubunu dərc etmək üçün icazə istəməyib.

Qeyd edək ki, kitabın Trampın imzası olan versiyası 399 dollara satılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti