Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Binyamin Netanyahuya zəng edib.
Trend xəbər verir ki, telefon danışığı zamanı Co Bayden İsrailin Baş nazirini ABŞ-a səfərə dəvət edib. B.Netanyahu, öz növbəsində, dəvəti qəbul edib.
Səfərin tarixi daha sonra ABŞ tərəfi ilə razılaşdırılaraq müəyyən ediləcək.