...

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Dünya xəbərləri Materials 26 İyul 2023 16:40 (UTC +04:00)
Bu ölkədə fövqəladə vəziyyət elan edildi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın Rodos adasında yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan olunub.

Trend xəbər verir ki, Yunanıstan mətbuatının yaydığı xəbərlərdə adanın Malonas, Vatio və Genadio bölgələrində yanğının təkrar gücləndiyi və yeni təxliyələrin edildiyi qeyd olunub.

Məlumatlarda bütün müdaxilələrə baxmayaraq, 9 gün əvvəl başlayan yanğının hələ də nəzarət altına alınmadığı, küləyin təsiri ilə daha da şiddətləndiyi bildirilib.

Digər tərəfdən Korfu Adasında başlayan yanğından sonra ötən gecə ehtiyat tədbiri olaraq bəzi yaşayış məntəqələri boşaldılıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Türkiyə Yunanıstana iki amfibiya təyyarəsi və bir yanğın helikopteri göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti