Bakı. Trend:
İspaniyanın Kataloniya muxtar regionunun hakimiyyəti 24 bələdiyyədə quraqlıq səbəbindən fövqəladə vəziyyət elan etmək qərarını açıqlayıb: orada sudan istifadəni məhdudlaşdırılacaq.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi bildirib.
Tədbirlər gələn həftə qüvvəyə minəcək. Bu tədbirlər kənd təsərrüfatında və sənayedə suyun istifadəsinə təsir göstərəcək, lakin içməli suya təsir etməyəcək.
Hovuzların və ictimai fəvvarələrin doldurulması, həmçinin bağların və parkların suvarılması qadağan ediləcək. Həmçinin avtomobillərin yuyulması üçün şirin suyun istifadəsini məhdudlaşdırılacaq.