Bakı. Trend:
ABŞ Prezidenti Cozef Bayden Şimali Koreya lideri Kim Çen Inla Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə Yaponiyanın “Kyodo” agentliyinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Şimali Koreya bu günə qədər təklifə müsbət cavab verməyib. Biz ilkin şərt olmadan danışıqlar masasına oturmağa hazırıq”, - deyə C.Kirbi qeyd edib.