...

ABŞ Yaxın Şərqdə THAAD raketdən müdafiə sistemlərini yerləşdirəcək

Dünya xəbərləri Materials 22 Oktyabr 2023 07:08 (UTC +04:00)
ABŞ Yaxın Şərqdə THAAD raketdən müdafiə sistemlərini yerləşdirəcək

Bakı. Trend:

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD (Terminal High Altitude Area Defence) raketdən müdafiə sistemlərinin və əlavə "Patriot" zenit-raket komplekslərinin batareyasının yerləşdirilməsinə göstəriş verib.

Trend-in məlumatına görə, Pentaqonun mətbuat xidməti bildirib.

L.Ostin qeyd edib, ABŞ prezidenti Co Baydenlə məsləhətləşmələrdən sonra ölkənin Müdafiə Nazirliyinin regionda mövqeyini gücləndirmək qərarı verilib.

"Mən həmçinin Amerika qüvvələrinin müdafiəsini gücləndirmək üçün bölgəyə THAAD batareyası və əlavə Patriot batalyonlarının yerləşdirilməsinə göstəriş vermişəm", - deyə L.Ostin qeyd edib. O, həmçinin "hazırlığı və lazım gələrsə, tez cavab vermək qabiliyyətini artırmaq" üçün əlavə qoşunların yerləşdirilməsi üçün hazırlıqlara göstəriş verdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti