...

İsrail HƏMAS-ın üç komandirini zərərsizləşdirdi

Dünya xəbərləri Materials 10 Noyabr 2023 12:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Müdafiə Ordusu ŞABAK və Təhlükəsizlik Şurasının rəhbərliyi altında HƏMAS-ın Şimal briqadasının snayper bölməsinin komandiri, Noxbanın bölük komandiri və Qərbi Cabaliyanın manqa komandirini zərərsizləşdirib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Noxbanın bölük komandiri son zamanlar İsrail Müdafiə Ordusunun Qərbi Cabaliya rayonundakı qüvvələrinə qarşı hücumlara başçılıq edib.

Qeyd olunub ki, noyabrın 10-da gecə saatlarında İsrail ordusunun mövqelərinə HƏMAS-ın 19 silahlısı hücum edib. Onlar zərərsizləşdirilib, silah, sursat və texnikaları ya məhv edilib, ya da müsadirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti