...

Ermənistanda vəzifəli şəxslər korrupsiyaya görə saxlanıldı

Dünya xəbərləri Materials 22 Noyabr 2023 19:19 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Artaşat ərazi vahid sosial xidmət mərkəzinin yüksək vəzifəli şəxsləri də daxil olmaqla 9 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı mübarizə komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Artaşat ərazi vahid sosial xidmət mərkəzinin Sosial iş və məşğulluq proqramları şöbəsinin müdirinin, həmin idarənin şöbələrindən birinin rəhbərinin və böyük sosial işçisinin vətəndaşlardan rüşvət aldığı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti