Bakı. Trend:
Rumıniya 2024-cü ilin mart ayından etibarən Avstriya və Bolqarıstanla hava və dəniz sərhədlərində Şengen qanunvericiliyinin tətbiqi üzrə siyasi razılıq əldə edib.
Trend xəbər verir ki, bu barədə Rumıniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Avstriya və Bolqarıstanın müvafiq nazirlikləri ilə bu barədə razılıq əldə olunub.
Həmçinin, 26-27 dekabr tarixlərində diplomatik kanallar üzərindən daxili işlər nazirlikləri, xarici işlər nazirlikləri arasında, o cümlədən Avropa İttifaqında (Aİ) akkreditasya olunmuş diplomatik missiyalar səviyyəsində danışıqların keçirildiyi qeyd olunub.
Qeyd edək ki, 8 dekabr 2022-ci il tarixində Aİ Şurasının Brüsseldə keçirilən toplantısında Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulması barədə müraciətləri Avstriya və Niderlandın əleyhinə səs verməsi ilə qəbul olunmayıb.