...

Lukaşenko vətənlərində sülhə həsrət qalanları ölkəsinə dəvət edib

Dünya xəbərləri Materials 28 Dekabr 2023 18:37 (UTC +04:00)
Lukaşenko vətənlərində sülhə həsrət qalanları ölkəsinə dəvət edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Belarus Prezidenti Aleksandr Lukaşenko evini və vətənində sülhü itirmiş hər kəs üçün ölkəsinin açıq olduğunu bildirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə prezident “Bizim uşaqlarımız” kampaniyası çərçivəsində xeyriyyə tədbirində çıxışı zamanı deyib.

Lukaşenko vurğulayıb ki, Belarusda “özgənin uşağı” anlayışı yoxdur. O, uşaqların hamısının onlara yaxın, doğma olduğunu qeyd edib.

“Belarus öz ölkəsində evini və əmin-amanlığını itirmiş hər kəs üçün açıq olub və olacaq. Minsk müharibənin “uşaqlıqlarını oğurlamağa çalışdığı uşaqlara yardım edib və edəcək”, - deyə dövlət başçısı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti