...

Kolumbiyada helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

Dünya xəbərləri Materials 6 Fevral 2024 06:13 (UTC +04:00)
Kolumbiyada helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

Bakı. Trend:

Kolumbiyaya məxsus hərbi helikopter qəzaya uğrayıb, azı 4 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə yerli “Caracol” telekanalı məlumat yayıb.

Məlumata görə, “Black Hawk” helikopteri Unquia şəhəri yaxınlığında yerləşən hərbi baza yaxınlığında qəzaya uğrayıb. Xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti