...

Tramp Baydeni ittiham etdi

Dünya xəbərləri Materials 1 Mart 2024 11:11 (UTC +04:00)
Tramp Baydeni ittiham etdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırki ABŞ prezidenti Co Baydeni ölkədə qanunsuz miqrantların törətdikləri cinayətlərə görə ittiham edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp bu barədə Texas ştatının İql-Pass sərhədyanı şəhərində çıxış edərkən deyib.

"Co saysız məsum qurbanların qanıdır", - deyən Tramp bildirib ki, bununla bağlı çox sayda dəhşətli hadisələrdən danışmaq olar.

Onun sözlərinə görə, ötən il ABŞ-də həbs olunan cinayətkar qanunsuz miqrantların təqribən yarısı 33 min hücum, 3 min soyğunçuluq, 6,9 min oğurluq hadisəsində və 7,5 min silahla bağlı cinayətlərdə ittiham olunublar.

Bundan başqa, Tramp bildirib ki, qanunsuz miqrantlar 4,3 min seksual xarakterli cinayət, 600 oğurlama və 1,7 min adam öldürmə hadisəsi törədiblər.

Tramp bütün bunları "miqrantların Bayden adına cinayətləri" adlandırıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti