...

Ukrayna Prezidenti Türkiyəyə rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 8 Mart 2024 00:11 (UTC +04:00)
Ukrayna Prezidenti Türkiyəyə rəsmi səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ukrayna ilə Rusiya arasında davam edən qarşıdurmanın gedişatı, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə daimi sülh barədə ətraflı müzakirələrin aparılması gözlənilir.

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında nəzərdə tutan görüşdə Türkiyə-Ukrayna münasibətlərinin müzakirəsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti