...

"Crocus City Hall"da atışmada şübhəli bilinən şəxs terror aktına görə ona 500 min rubl təklif edildiyini bildirib

Dünya xəbərləri Materials 23 Mart 2024 15:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Crocus City Hall"da atışmada şübhəli bilinən şəxs terror aktı müqabilində ona 500 min rubl təklif edildiyini bildirib.

Trend xəbər verir ki, sözügedən şəxsin dindirilmə videosu sosial şəbəkələrdə yayılıb.

"Crocus City Hall"da təxminən 500 min rubl pul qarşılığında insanları güllələdim", - o deyib.

Saxlanılan şəxs bildirib ki, pulun yarısını onun bank kartına köçürüblər, ikinci yarısını isə daha sonra köçürəcəklərinə söz veriblər. O qeyd edib ki, meşədə hüquq-mühafizə orqanlarından qaçarkən kartı itirib.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.

İlkin məlumata görə, "Crocus City Hall"da insanların ölüm səbəbləri odlu silahdan açılan atəş və yanma məhsulları ilə zəhərlənmə olub. Terrorçular "Crocus City Hall"da zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər.

Terrorçular əvvəlcə hücum zamanı avtomat silahdan istifadə ediblər, silah istintaq əməkdaşları tərəfindən aşkarlanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti