...

Tehran aeroportları fəaliyyətini bərpa edib

Dünya xəbərləri Materials 15 Aprel 2024 09:35 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Tehran şəhərində İmam Xomeyni beynəlxalq aeroportu və Mehrabad beynəlxalq aeroportu fəaliyyətini bərpa edib.

Trend-in məlumatına görə, bu haqda İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Bildirilib ki, qeyd olunan iki aeroport bu gün (15 aprel) yerli vaxtla saat 06:00-dan uçuşları həyata keçirməyə başlayıb.

Qeyd edək ki, aprelin 14-də İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə onlarla raket və PUA atdığını təsdiqləyib. Bunun ardınca İranın Tehran aeroportları fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Xəbər lenti

Xəbər lenti