...

Co Bayden bu şərtlə prezidentliyə namizədlikdən geri çəkilə bilər

Dünya xəbərləri Materials 17 İyul 2024 10:08 (UTC +04:00)
Co Bayden bu şərtlə prezidentliyə namizədlikdən geri çəkilə bilər
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden növbəti müddət üçün prezidentliyə namizədliyini geri götürmək üçün şərtini açıqlayıb.

Trend xəbər verir ki, Bayden bu barədə "BET" telekanalına müsahibəsində deyib.

O bildirib ki, həkimlər sağlamlığında problem aşkarlayarsa bunu edəcək.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. ABŞ Demokratlar Partiyasının Milli Komitəsi prezident Co Baydenin rəsmi olaraq dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyi nəzərdən keçirir.

Prezident seçkilərində Baydenin əsas rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Trampın namizədliyi iyulun 15-də Respublikaçılar Partiyasının milli qurultayında rəsmi elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti