Bakı. Trend:
ABŞ Prezidenti Cozef Bayden Polşa lideri Andjey Dudaya şəxsən zəng edib.
Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Bayden Rusiya ilə məhbus mübadiləsinin təşkilində göstərdiyi köməyə görə Polşalı həmkarına təşəkkür edib.
Polşa Prezidentinin Dəftərxanası bildirib ki, Bayden Rusiyada həbsdə olan Amerika vətəndaşlarının azad edilməsinə kömək etdiyinə görə Polşa hakimiyyətinə təşəkkür etmək üçün Dudaya zəng edib. Telefon danışığı zamanı hər iki ölkənin prezidentləri müttəfiqlik əlaqələrinin gücünü və Polşa ilə ABŞ arasında strateji tərəfdaşlığı vurğulayıblar.