...

Bayden və Netanyahu ABŞ qoşunlarının İsraildə yerləşdirilməsini müzakirə ediblər

Dünya xəbərləri Materials 2 Avqust 2024 06:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Binyamin Netanyahu cümə axşamı telefonla danışaraq, yəhudi dövlətinin müdafiəsini gücləndirmək, o cümlədən ABŞ qoşunlarının yerləşdirilməsi məsələlərini müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

“Prezident, İrandan gələn təhdidlərə, xüsusilə HƏMAS və “Hizbullah” terror qruplarına, eləcə də Husilərə qarşı İsrailin təhlükəsizlik öhdəliyini bir daha təsdiqlədi”, - sənəddə qeyd olunur.

"Prezident, İsrailin müdafiəsini təhdidlərdən, xüsusən ballistik raketlərdən və pilotsuz təyyarələrdən qorumaq məqsədilə ABŞ qoşunlarının yeni yerləşdirilməsi daxil olmaqla gücləndirilməsi səylərini müzakirə etdi", - sənəddə əlavə olunur.

Bayden bölgədə gərginliyi azaltmaq üçün davamlı səylərin vacibliyini vurğulayıb.

Mətbuat xidməti qeyd edib ki, telefon danışığına ABŞ-ın vitse-prezidenti Kamala Harris də qoşulub.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti