Bakı. Trend:
Saxalin adasının şərqində Oxot dənizində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
“Zəlzələnin episentri Oxot dənizinin cənub hissəsində, ocağı təxminən 490 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi yoxdur”, - departamentin açıqlamasında bildirilir.