...

Bu turistik şəhəri də siçanlar basdı

Dünya xəbərləri Materials 17 Avqust 2024 14:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın ən turistik şəhərlərindən biri olan İtaliyanın paytaxtı Romada çox sayda qağayı, siçan, eşşəkarısı və ilanlar peyda olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın paytaxtı Roma siçan və ilanların sayının artması səbəbindən vəhşi meşəyə çevrilib.

Məlumata görə, səlahiyyətli şəxlər bunun Romada yüksək temperatur və bitib-tükənməyən zibil problemi səbəbindən yarandığını bildiriblər.

Ölkədə təhlükəli vəhşi heyvanları tutmaqla məşhur olan zooloq Andrea Lunerti bu yay ilanlarla bağlı çağırışlara cavab verə bilmədiyini açıqlayıb.

Mütəxəssislər vurğulayırlar ki, Roma tullantıların idarə olunmasını tənzimləmədən bu problemdən xilas ola bilməz.

Xatırladaq ki, eyni hal Fransanın paytaxtı Parisdə də hökm sürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti