Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin siyasəti ilə razılaşmayan xaricdəki diplomatik missiya rəhbərlərini istefaya çağırıb.
Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu barədə o ölkənin xaricdəki səfirlərinin İrəvanda keçirilən iki günlük toplantısında deyib.
Qeyd edək ki, səfirlərin iclası avqustun 26-da başlayıb.