Bakı. Trend:
İtaliyanın Milan şəhərindəki yetkinlik yaşına çatmayanların olduğu cəzaçəkmə müəssisəsində məhbuslar üsyan qaldırıblar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, kameralarda döşəkləri yandıran məhbuslar daha sonra qapıları sındırıblar.
Əraziyə yanğınsöndürmə briqadası və təhlükəsizlik qüvvələri cəlb olunub. İğtişaşlar nəticəsində 8 məhbus və bir həbsxana işçisi yaralanıb.
Həbsxanadakı 58 məhbusdan üçü divara dırmaşaraq qaçmağı bacarıb. Onlardan birinin təhlükəsizlik qüvvələri tərəfindən dərhal yaxalandığı bildirilib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.