...

Nobel mükafatı laureatlara təqdim olundu

Dünya xəbərləri Materials 10 Dekabr 2024 20:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda Nobelin builki laureatlarına mükafatlar təqdim olunub.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, təqdimetmə mərasimində İsveç Kralı ХVI Karl Qustav da iştirak edib.

Qeyd edək ki, mərasim hər il 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anma günündə keçirilir. Nobelin vəsiyyətinə uyğun olaraq, Sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti