...

Aİ sammiti Ukrayna ilə bağlı bəyanatın qəbulunu təxirə salıb

Dünya xəbərləri Materials 7 Mart 2025 03:11 (UTC +04:00)
Aİ sammiti Ukrayna ilə bağlı bəyanatın qəbulunu təxirə salıb

Bakı. Trend:

Aİ-nin fövqəladə müdafiə sammiti Ukraynaya dəstək barədə bəyanatı Macarıstanın müxalifəti səbəbindən Aİ liderlərinin martın ortalarında keçiriləcək növbəti görüşünə qədər təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə sammitin yeku sənədində bildirilib.

"Avropa Şurası Ukrayna ilə bağlı son hadisələri müzakirə edib. Hazırlanmış mətn 26 dövlət başçısının qəti dəstəyini aldı. Avropa Şurası növbəti iclasında bunu müzakirə etməsinə yenidən qayıdacaq", - deyə sənəddə bildirilib.

Bundan əvvəl Brüsseldəki bir sıra mənbələr Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya dəstəyin genişləndirilməsi ilə bağlı bəyanatın qəbulunu dəstəkləmədiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti