Bakı. Trend:
Polşanın qərbində yerləşən Poznan şəhərində yerli hökumət şəhərdə sayı kəskin şəkildə artmış gəmiricilərə, o cümlədən siçovullara qarşı müharibə elan edib.
Trend xəbər verir ki, bu barədə ölkğnin yerli KİV-ləri məlumat yayıb .
Məlumata görə, yerli hökumət sanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə icbari qaydada zərərvericilərlə mübarizə tədbirlərinin həyata keçirilməsinə gösətriş verib və obyekt sahiblərinə siçan və siçovullar üçün tələlər quraşdırmağı tövsiyə edib.
Həmçinin, mülkiyyət sahiblərinə binaları gəmiricilərdən qorumaq üçün siçovulların daxil ola biləcəyi hər hansı bir dəlik və ya çatları bağlamaq tövsiyə olunub.
Qeyd edilir ki, gəmiricilərin çoxalması şəhərin tarixi Bazar Meydanında aparılan təmir işləri zamanı yeraltı siçovul yuvalarının pozulması nəticəsində başlayıb və bu, siçovulların ictimai məkanlara yayılmasına səbəb olub.