Bakı.Trend:
Rusiyanın Ufa şəhərində yerləşən beşmərtəbəli binada baş verən yanğında 3 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə Rusiyanın sosial şəbəkə hesablarında məlumt yayılıb.
Məlumata görə, hadisə Oktyabrın 50- illiyi küçəsində yerləşən binanın ikiotaqlı mənzilində meydana gəlib. Əraziyə gələn xilasedicilər 12 nəfəri təxliyə edib.
Rusiya FHN-nin regional idarəsi, qurbanların iki uşaq və nənə olduğunu bildirib.
Bundan bir müddət əvvəl isə Moskvanın şəhərkənarın şəxsi evdə baş verən yanğında məktəbi, və onun nənə və babası diri-diri yanmışdı.