...

Robert Koçaryan bəyan edib ki, əməliyyat planının qəbulu Ermənistan-AB münaibətlərini "daha aydın və anlaşıqlı" edəcək

Dünya xəbərləri Materials 20 Aprel 2006 19:36 (UTC +04:00)

Trend agentliyinin "Mediamaks"a istinadən yaydığı məlumata əsasən, Ermənistan prezidenti Robert Koçaryan bu gün İrəvanda Avtsriyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Hans Vinklerın rəhbərlik etdiyi Avropa Birliyi üçlüyünün nümayəndə heyətini qəbul edib.

R.Koçaryan AB-nın regiona marağının artamasını müsbət qiymətləndirib və Ermənistanın Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində əməliyyat planının qəbul olunmasının vacibliyini qeyd edib.

Prezidentin dediklərinə görə, bu sənəd Ermənistan-AB əlaqələrini "daha aydın və anlaşıqlı" edəcək.

"Biz əməliyyat planını əlaqələrimiz üçün dəqiq oriyentir hesab edirik" - deyə R.Koçaryan bildirib.

Ermənistan prezidenti AB üçlüyünün nümayəndə heyətinə Qarabağ münaqişəsinin nizamlanması prosesindəki irəliləyişlər, İrəvanın regional əməkdaşlıq və energetika təhlükəsizliyi məsələlərinə dair yanaşması barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti