Böyük Britaniya XİN başçısı Marqaret Bekket rəsmi olaraq təsdiq edib ki, İranın nüvə problemi üzrə danışıqlarında tərəflər, nəhayət ki, İrana təqdim olunması planlaşdırılan təşəbbüs və tədbirlər paketlərini razılaşdırıblar. Bu barədə nazir Avstiryanın paytaxtında bağlı qapılar arxasında keçirilmiş altıtərəfli görüş bitdikdən dərhal sonra xəbər verib. Trend in xəbər verdiyi kimi, onun sözlərinə görə Tehrana bir sıra "çox əlverişli təkliflər" təqdim edilib ki, bu təkliflərin əsasında konstruktiv razılığa gəlmək olar. O, həmçinin bildirib ki, əgər İran uranın zənginləşdirilməsindən imtina etsə, danışıqlarda iştirak edən ölkələr (onların arasında BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü var) BMT TŞ-nin sanksiya ideyalarından imtina etməyə hazırdırlar. M.Bekket əlavə edib ki, əks halda, "əlavə tədbirlər görmək tələb olunacaq".
Bir qədər əvvəl İran məsələsi üzrə danışıqlarda kompromisə nail olmaq haqqında diplomatik mənbələr qeyri-rəsmi olaraq xəbər veriblər. İran məsələsi üzrə danışıqlarda Rusiyanın, ABŞ-ın, Çinin, Böyük Britaniyanın, Fransanın və Almaniyanın nümayəndələri iştirak ediblər.
Qərb ölkələri ehityat edirlər ki, İran nüvə silahını yaratmaq üçün öz zənginləşdirilmiş uranından istifadə edə bilər.