...

İran yeni AES üçün yerin axtarışına büdcədən vasitələr ayırmağı planlaşdırır

Dünya xəbərləri Materials 13 Mart 2007 15:54 (UTC +04:00)

(s) Reuters -in məlumatına görə, İran parlamenti atom elektrik stansiyasının tikilməsi və AES üçün yeni yerin seçiminə 2008-ci ildə dövlət büdcəsindən 135 mln.dollar ayıracaq. Bu ayın əvvəlində Tehran öz texnikalarından istifadə etməklə 360 meqavat gücündə olan atom elektrik stansiyasının tikintiyə başlanmasını elan edib. RBK .-nın məlumatına görə, parlament gələn ilin büdcəsindən 360 meqavat gücündə İran elektrik stansiyasının tikintisi və həyata keçirilməsinə, həmçinin yeni elektrik stansiyasının tikintisi üçün yerin seçilməsinə 1,2 trln.rial (135 mln.dollar) ayıracaq.

İran, neftin ixracı həcminə görə dünyadə 4-cüdür və 2020-ci ildə AES şəbəkəsi yaratmaq fikrandədir. Gözlənilirdi ki, "Buşəhr"də rusiyalı mütəxəssislərin köməyilə ölknin tikdirəcəyi min meqavat gücündə olan birinci İran AES-i 2007-ci ilin sentyabrında buraxılacaq. Rusiyadan AES-ə ilk yanacağın yerləşdirilməsi mart ayına planlaşdırılırdı.

"Atom tikintieksport" QSC-dən verilən məlumata görə, İran tərəfindən layihənin maliyyə iltizamının yerinə yetirilməməsi səbəbinə görə AES tikintisinin cədvəli dəyişdiriləcək. Moskvada martın 7-dən 9-dək "Atomtikintieksport" və İran Atom Enerji Taşkilatının rəhbərlikləri arasında tikintinin davam etdirilməsi mövzusunda danışıqlar aprarılıb. Lakin ölkələr heç bir dəqiq nəticələrə nail olmayıblar.

Xəbər lenti

Xəbər lenti