...

Gürcüstanda qərarları hamı tərəfindən bəyənilməsə də, Vahid Milli Hərəkat xalqın etibarını qoruyub saxlayır

Dünya xəbərləri Materials 30 Aprel 2007 16:47 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Gürcüstanın hakim Vahid Milli Hərakatı əhalinin inamını qoruyur. Həftəlik "Kviris palitra"nın sorğusunun göstərdiyi kimi, VMH ölkə əhalisi arasında inama görə liderlik edir və bu gün bu göstərici 26,8 faiz təşkil edir.

Qeyd etmək lazımdır ki, bu gün hakimiyyətin hamı tərəfindən bəyənilməyən qaz tariflərinin artırılması, su sayğaclarının qoyulması, gediş haqlarının qalıdırılmasının gözlənilməsi kimi tədbirlərin fonunda bu göstəricini ekspertlər kifayət qədər yüksək hesab edir.

Bununla yanaşı, leyboristlər partiyası da öz tərəfdarlarnı itirmir və hakimiyyətin kəskin tənqid edilməsi ilə rəyi soruşulanlar sırasından özünə inamı 17 faizə qədər qaldırmağa nail olub.

Üçüncü yerdə isə 8 faizlə 2005-ci il seçkilərində topladığı səslərin sayına görə ikinci olan Respublikaçılar partiyası dayanır.

Daha sonra isə partiyalar növbəti ardıcllıqla düzülüb - "Yeni sağlar"-4,3%, "Gürcüstanı sənaye xilas edəcək" - 3,5%, "Gürcüstan yolu" - 2,4%, Konservatorlar və "Azadlıq" partiyası - 2,1%, Xalq partiyası - 1,6%. 376 respondentin iştirak etdiyi sorğuda digər partiyalar isə birlikdə 0,8% səs toplayıblar.

Xəbər lenti

Xəbər lenti