...

Gürcüstan prezidenti Ukraynaya səfər edəcək

Dünya xəbərləri Materials 21 May 2007 15:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi/müxbir Trend N.Kirtsxalia/Gürcüstan prezidenti Mixail Saakaşvili 24-25 may tarixində Ukraynaya rəsmi səfər edəcək. Gürcüstanın Dövlət Dəftərxanasından verilən məlumata əsasən, Saakaşvili Ukrayna prezidenti Viktor Yuşşenko ilə təkbətək görüş keçirəcək.

Görüşdə iki dövlət başçısı əməkdaşlığın genişləndirilməsi perspektivlərini və GUAM-ın yay ayına planlaşdırılmış iclasının müəyyən aspektlərini müzakirə edəcək. Prezidentlər həmçinin GUAM-ın Bakıda keçiriləcək gələcək sammitini müzakirə edəcək. Görüşdə Gürcüstana Ukrayna investisiyalarının cəlb olunması məsələsinə də toxunulacaq.

Gürcüstan prezidentinin Ukraynanın baş naziri Viktor Yanukoviçlə görüşü də planlaşdırılıb.

Saakaşvili Kiyevdə Şota Rustavelinin abidəsinin açılış mərasimində iştirak edəcək. Abidənin müəllifi 25 yaşlı heykəltaraş Vladimir İmerlişvilidir.

Xəbər lenti

Xəbər lenti