...

Rusiya səfiri izahat vermək üçün Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya xəbərləri Materials 7 Avqust 2007 13:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Rusiyanın Gürcüstandakı səfiri Rusiya təyyarəsi tərəfindən dünən Tsitelubani kəndi yaxınlığının bombalanması ilə bağlı rəsmi izahatlar vermək məqsədilə Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Gürcüstan XİN-dən verilən məlumata görə, səfir Kovalenko Rusiya hərbi təyyarəsinin nə səbəbə Gürcüstan ərazisinə keçdiyini və burada raket zərbəsi endirdiyini izah etməlidir.

Gürcüstan tərəfinin məlumatlarına əsasən, SU-24 ölkənin hava məkanını bazar ertəsi saat 19.30-da pozub və 60 kilometr irəliləyərək raket zərbəsi endirib. Xoşbəxtlikdən raket qeyri-yaşayış rayonuna düşüb və bu üzdən zərərçəkənlər olmayıb.

Rusiya səfiri ilə etiraz notası verildikdən sonra Gürcüstan XİN-ə Tbilisidə akkreditə olunmuş missiyaların diplomatları dəvət olunacaq və suveren ölkəyə qarşı Rusiya təcavüzü barədə onlara bilgilər veriləcək.

Xəbər lenti

Xəbər lenti