...

Azərbaycanda azadlıqdan məhrum olunmuş qadınların bir neçəsi əfv edilə bilər

Cəmiyyət Materials 15 Mart 2012 11:18 (UTC +04:00)
Azərbaycanda azadlıqdan məhrum olunmuş qadınların bir neçəsinin əfv olunması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Prezidentə müraciət edib.
Azərbaycanda azadlıqdan məhrum olunmuş qadınların bir neçəsi əfv edilə bilər

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda azadlıqdan məhrum olunmuş qadınların bir neçəsinin əfv olunması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Prezidentə müraciət edib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə komitə sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, ötən il də belə müraciət edilmişdi.

"Bu il də etmişik. Ümid edirik ki, növbəti əfv sərəncamında bir neçə qadının da adı olacaq", - Hüseynova əlavə edib.

Qeyd edək ki, Novruz bayramı ilə bağlı Azərbaycanda növbəti əfv sərəncamının imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti