...

Britaniyalı gimnast: "Azərbaycanda idman üçün gözəl şərait yaradılıb" (FOTO)

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 13:14 (UTC +04:00)
"Birinci Avropa Oyunları mənim üçün çox əhəmiyyətlidir, burada iştirak etməklə böyük təcrübə qazanıram"
Britaniyalı gimnast: "Azərbaycanda idman üçün gözəl şərait yaradılıb" (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları mənim üçün çox əhəmiyyətlidir, burada iştirak etməklə böyük təcrübə qazanıram". Bunu Trend-ə Böyük Britaniyadan olan gimnast Sim Kelli deyib.

S.Kelli bildirib ki, Azərbaycanda idman üçün gözəl şərait yaradılıb: "Bu gün yarışdığımız Milli Gimnastika Arenası çox genişdir və burada müasir qurğular quraşdırılıb".

Britaniyalı gimnast olnar üçün yaradılan şəraitdən çox məmnun olduöunu bildirib: "Atletlər kəndində çox gözəl şərait yaradılıb. Boş vaxtlarımızda velosiped sürürük və oradan Bakının gözəl mənzərəsinə baxırıq".

S.Kelli ilk dəfə Azərbaycana gəldiyini bildirib: "Birinci dəfədir ki, Azərbaycandayam və ölkənin bu qədər gözəl olmasını gözləmirdim. Azərbaycanı çox sevdim. İnsanlar qonaqpərvər və mehribandırlar. Yarışlardan sonra yəqin ki, Bakını gəzəcəyik və Azərbaycanın milli xörəklərinin dadına baxacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti