...

Azərbaycan müğənnisi rumın pop-ulduz Aleksandra Stana şərik çıxdı (FOTO)

Mədəniyyət Materials 19 İyul 2011 20:18 (UTC +04:00)
İllərdən bəri fəaliyyətini "Kristal" qızlar qrupunda solist kimi davam etdirmiş müğənni Lalə Qafarovanın solo-karyeraya başlaması yeni xəbər deyil.
Azərbaycan müğənnisi rumın pop-ulduz Aleksandra Stana şərik çıxdı (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir Ş.Cavadsoy/

İllərdən bəri fəaliyyətini "Kristal" qızlar qrupunda solist kimi davam etdirmiş müğənni Lalə Qafarovanın solo-karyeraya başlaması yeni xəbər deyil. Yenilik ondadır ki, qrupun rəhbəri tanınmış prodüser Mədinə Məlik hazırda bütün qüvvəsini Lalənin işlərinə yönəltməklə, onun yaradıcılıq yolunda təkbaşına irəliləməsi üçün çalışır.

Ötən gün "Azəri Top Model" müsabiqəsində səhnəyə çıxan müğənnilərdən biri Lalə həm xarici görkəmi, həm də ifası ilə diqqəti öz üzərinə yönəltdi. Dünya çapında tanınmış rumın əsilli müğənni Aleksandra Stanın repertuarında yer almış "Mr.Saxobeat" mahnısını özünün səs tembrinə uyğunlaşdıraraq ifa edən Qafarova, həqiqətən də əcnəbi ulduzlardan seçilmədiyini nümayiş etdirdi.

Trend-ə açıqlamasında solo fəaliyyətindən danışan müğənni, ən böyük üstünlüyünü Mədinə Məlikdən dəstək almasında gördü. "İşlərinin çox olmasına baxmayaraq, həmişə yanımda olmağa vaxt tapdığı üçün böyük bacım qədər əziz insana - prodüserim Mədinə xanıma sonsuz təşəkkürlərimi bildirirəm. Repertuar seçimindən tutmuş, geyimlə bağlı ən xırda detalları o həll edir. Mən də söz vermişəm ki, ümidlərini doğruldacağam və çox yaxın gələcəkdə adımı sevilən ulduzlar cərgəsinə yazdıracağam", - Lalə Qafarova dedi.

Aleksandra Stanın mahnısını da prodüserinin məsləhəti ilə oxuduğunu dilə gətirən müğənni, rumın gözəlinə şərik çıxmasından xoşhal olduğunu söylədi. "Əsas odur ki, improvizələr edib, mahnını özümünküləşdirə bilmişəm. Və hər dəfə səhnəyə çıxanda məndən ancaq "Mr.Saxobeat"i oxumağımı istəyirlər. Etiraf edirəm ki, mahnıya şərik çıxmışam", - Qafarova əlavə etdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti