...

Azərbaycan-YUNESKO münasibətlərinin gələcək perspektivləri müzakirə olunub

Mədəniyyət Materials 15 Sentyabr 2014 20:25 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə YUNESKO baş direktorunun yeni təyin edilmiş müavini Alfredo Perez de Arminan arasında görüş keçirilib.
Azərbaycan-YUNESKO münasibətlərinin gələcək perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə YUNESKO baş direktorunun yeni təyin edilmiş müavini Alfredo Perez de Arminan arasında görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir təyinat münasibətilə A.P.Arminanı təbrik edib və işlərində uğur arzulayıb. Görüşdə Azərbaycan ilə YUNESKO arasında mövcud əlaqələr və gələcək perspektivlər müzakirə olunub.

Ə.Qarayev Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramli səfiri Mehriban xanim Əliyevanın bu əməkdaşlığın inkişafında çox əhəmiyyətli rolunu qeyd edərək, bütün sahələrdə mühüm irəliləyişlərin olduğunu diqqətə çatdırıb. Görüşdə maddi və qeyri-maddi mədəni irs, yubileylər, Haaqa Konvensiyası və digər sahələrdə mövcud əməkdaşlığın daha da dərinləşməsinin vacibliyi vurğulanıb.

YUNESKO rəsmisi yeni başladığı vəzifədə Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti