...

İlhamə Quliyevaya ithaf olunur: “Xatirələrim” (AUDİO)

Mədəniyyət Materials 3 Mart 2016 10:52 (UTC +04:00)
Azərbaycanlı ifaçı və bəstəkar Sevinc Ağasıyeva Azərbaycan və Dağıstanın xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli İlhamə Quliyevanın xatirəsinə həsr etdiyi “Xatirələrim” kompozisiyasını yazıb və ifa edib.
İlhamə Quliyevaya ithaf olunur: “Xatirələrim” (AUDİO)

Bakı. Trend:

Azərbaycanlı ifaçı və bəstəkar Sevinc Ağasıyeva Azərbaycan və Dağıstanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli İlhamə Quliyevanın xatirəsinə həsr etdiyi "Xatirələrim" kompozisiyasını yazıb və ifa edib. Trend-ə verilən məlumata görə, sözlərin müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Vahid Əzizdir. Pianoda Elvin Musayev müşayiət edir.

S.Ağasıyeva bildirib ki, İlhamə Quliyeva özündən sonra biz gənc musiqiçilər üçün gələcək fəaliyyətimizin nümunəsi olan böyük yaradıcılıq irsi qoyub: "Əməkdar incəsənət xadimi Faiq Sücəddinov, xalq artistləri Natəvan Şeyxova, Yalçın Rzazadə, Canəli Əkbərov kimi sənətkarlarımız və digərləri İlhamə Quliyevanın yarım əsrlik yaradıcılıq fəaliyyətində milli estrada incəsənətinə verdiyi töhfəyi həmişə qeyd ediblər. Öz yüksək peşəkarlığı və orijinal ifaçılıq məharətilə insanların ürəyində yaşayacaq İlhamə Quliyevanın xatirəsinə kompozisiya yazmaq və ifa etmək mənim üçün şərəf məsələsi idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti