...

Bakıda Zapaşnı qardaşlarının Böyük Moskva Sirkinin fantastik şousuna hazırlıq gedir (FOTO)

Mədəniyyət Materials 2 Noyabr 2017 20:11
İlk dəfə Bakıda Zapaşnı qardaşlarının rəhbərliyi altında Böyük Moskva Sirkinin (Avropada ən böyük stasionar sirk) fantastik şousu keçiriləcək.
Bakıda Zapaşnı qardaşlarının Böyük Moskva Sirkinin fantastik şousuna hazırlıq gedir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İlk dəfə Bakıda Zapaşnı qardaşlarının rəhbərliyi altında Böyük Moskva Sirkinin (Avropada ən böyük stasionar sirk) fantastik şousu keçiriləcək.

Trend-in məlumatına görə, UFO adlı şou noyabrın 4-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında təqdim olunacaq.

UFO dünyada ən böyük sirk şoularından biridir. Bakı tamaşaçısına ilk dəfə olaraq nadir işıq, lazer və səs effektləri, insan bacarığının son həddi sayıla bilən inanılmaz tryuklar, dinamik dekorasiyaların ən yeni texnologiyaları ilə birlikdə fantastik sirk şousu nümayiş etdiriləcək. Siz heç vaxt görmədiyinizi görəcəksiniz!

Zapaşnı qardaşlarının rəhbərliyi altında Böyük Moskva Dövlət Sirkinin 80 artisti tamaşada iştirak edəcək. Şouda unikal imkanları olan artistlər iştirak edirlər. Onların arasında boylarının hündürlüyü iki metri ötən Titçenkova bacıları, ayaqsız rəqqas və nadir tryuklar göstərən kəndirbaz, habelə yalnız bu sirk şousunda görəcəyiniz bir çoxları var.

UFO-nun süjeti kosmik boşqabın göyərtəsində cərəyan edir. Uzaq qalaktikaların sakinləri tərəfindən oğurlanmış Yer planetindən olan İnsan gəlmələrin gəmisində istəmədən qonaq olur. Əsir gəmiyə düşəndə yadplanetli zəkası və dünyadan kənar sivilizasiya ilə tanış olaraq özü üçün kainatımızın gizli dərinliklərini kəşf edir.

Fantastik sirk şousunun tamaşaçılarını macəra, sirkin qübbəsi altında kosmik gəmilərin və naməlum uçan obyektlərin həyəcanlı uçuşları, sirli varlıqlarla görüşlər, akrobatlar, gimnastlar, jonqlyorlar, klounlar və digər artistlərin ifasında "qeyri-insani bacarıqların" ən son həddi sayıla bilən sirk nömrələri gözləyir.

Yeni UFO sirk şousunda "planet obrazları", "qalaktika mənzərələri", "kosmik uçuşlar" və "dünyadan kənar gözəllik" kimi dərin geniş hisslər yaradan müəllif musiqisi, müasir işıq və lazer installyasiyaları, yeni səs və video texnologiyaları və daha bir çox şey təqdim olunacaq.

Biletləri şəhərin bütün kassalarında, "ASAN Xidmət" mərkəzlərində və www.iTicket.az saytında onlayn əldə etmək olar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti