...

Fikrət Əmirova həsr edilmiş konfrans keçirilib (FOTO)

Mədəniyyət Materials 21 Noyabr 2017 18:51 (UTC +04:00)
“Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı II elmi-ifaçılıq konfransı
Fikrət Əmirova həsr edilmiş konfrans keçirilib (FOTO)

Bakı. Trend:

“Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı II elmi-ifaçılıq konfransı keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən Trend-ə verilən məlumata görə, F.Əmirov adına 6 nömrəli İncəsənət Məktəbində böyük Azərbaycan bəstəkarı F.Əmirovun anadan olmasının 95, adını daşıdığı məktəbin təsis olmasının 55 illik yubileyinə həsr olunmuş “F.Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı şagirdlərin II elmi-ifaçılıq konfransı keçirilib.

Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Musiqi təhsili və incəsənət sektorunun baş məsləhətçisi Mehriban Qurbanova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin müdir müavini Sevinc Süleymanova, Binəqədi rayonu YAP-nın sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, professor, əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar və Memarlar İttifaqının üzvü Elturan Avalov, eləcədə Bakı şəhər musiqi məktəblərinin direktorları iştirak ediblər.

2016-cı ildə keçirilmiş “Min bir gecə uşaqların gözü ilə” ilk konfransdan fərqli olaraq “ F.Əmirov mövzusuna yeddi eskiz” adlı bu dəfəki konfransda bəstəkarın əsərlərinin müxtəlif ansambllar üçün işləmələri yer almışdır.

Məktəbin daha geniş planda həyata keçirilmiş bu layihəsinə Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin şagirdləridə qatılıblar.

Konfrans çərçivəsində F.Əmirovun “Sevil “operasından vals fortepiano ansamblının, “Aslanın mahnısı” skripkaçılar triosunun, “Göygöl“ mahnısı qanun kvartetinin, “Azərbaycan dağlarında” və “Aşıqsayağı” əsərləri fleyta və klarnetin duetində, “Min bir gecə” baletindən iki nömrə kamançaların dueti və tarın ifasında şagirdlərin özü tərəfindən təhlil olunaraq ifa edilib.

Tədbirin sonuncu nömrəsi məktəbin xalq çalğı alətləri orkestrinin ifasında təqdim olunan bəstəkarın “Gözünaydın “ musiqili komediyasından “Rəqs” nömrəsi olub.

Elmi-ifaçılıq konfransının sonunda məktəbin direktoru, əməkdar müəllim, professor Adilə Yusifova iştirak edən bütün qonaqlara minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti